
“Liverpul”un hücumçusu Darvin Nunyes “Napoli”yə keçməyə bilər.
Sportinfo.az “The Mirror”-a istinadən xəbər verir ki, uruqvaylı forvard İtaliya klubuna keçməyə hazırdır, lakin transfer bəndinin məbləği sövdələşməyə mane olur.
“Liverpul” 82 milyon avro almaq istəyir ki, bu da “Napoli”nin narazılığına səbəb olub.
Nunyes son mövsümdə “qırmızılar”ın heyətində 47 matçda 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.