Səudiyyə Ərəbistanından 2 “elçi”si var - Portuqaliyalı yarımmüdafiəçinin

15:40 İngiltərə 115
Səudiyyə Ərəbistanından 2 “elçi”si var - Portuqaliyalı yarımmüdafiəçinin

Joao Feliksin gələcəyi yenidən qeyri-müəyyənliklə üz-üzədir.

Sportinfo.az “TalkSPORT”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Hazırda “Çelsi”yə məxsus olan, ancaq son mövsümü “Milan”da icarədə keçirən portuqaliyalı yarımmüdafiəçiyə “Neom” maraq göstərir.

Elitaya yeni yüksəlmiş və iddialı planlar quran klub Feliksi heyətinə qatmaqla güclənməyi hədəfləyir.

Komanda ötən mövsüm birinci divizionu 14 xal fərqi ilə lider başa vurub və yeni səviyyədə uğurlu debüt üçün ciddi transferlər axtarışındadır.

Bundan əlavə, Feliks “Əl-Nəsr” üçün də alternativ transfer hədəfi kimi nəzərdən keçirilir. Klubun əsas istəyi Luis Dias (“Liverpul”) olsa da, bu keçidin baş tutmaması halında Feliksin transfer variantları qiymətləndirilir.

Hazırda Feliksin gələcəyi ilə bağlı yekun qərar verilməyib, ancaq yay transfer pəncərəsində onun Səudiyyə Ərəbistanına keçidi real görünür.

Digər Xəbərlər
Xəbər Lenti