Qapıçısı ilə yeni müqavilə imzaladı, icarəyə göndərdi

27 İyun 2025 21:40 İngiltərə 900
Qapıçısı ilə yeni müqavilə imzaladı, icarəyə göndərdi

“Liverpul” gənc qapıçısı Harvi Deyvislə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı qolkiper növbəti mövsümü icarə əsasında İngiltərənin 4-cü liqasında çıxış edən “Krouli Taun” klubunda keçirəcək.

İngiltərəli futbolçu “Liverpul”un əsas komandasında ümumilikdə 18 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!