Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi

18:40 İngiltərə 112
Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi

“Lester”in baş məşqçisi Rud van Nistelroy komandadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Niderland millisinin sabiq üzvü “Lester”ə 2024-cü ilin dekabrında qoşulub. Komanda onun rəhbərliyi altında keçirdiyi 27 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 19 matçda məğlub olub.

“Lester” son mövsümdə Premyer Liqada 18-ci yeri tutaraq, Çempionşipə yuvarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti