
“Liverpul” “Nyukasl”ın isveçli hücumçusu Aleksander İsakın vəziyyətini yaxından izləyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu yay hücum xəttini gücləndirmək niyyətindədir və İsak əsas hədəflərdən biri hesab olunur.
25 yaşlı futbolçunun “Nyukasl”la yeni müqavilə üzrə danışıqları dalana dirənərsə, “Liverpul” onun transferinə dair işə başlamağı planlaşdırır.
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, “Nyukasl” İsaka klub tarixində rekord sayılacaq maaş təklif etməyə hazırlaşır.