Onu hansı qiymətə satmaq istədiyi məlum oldu - “Mançester Yunayted”in

18:20 İngiltərə 107
Onu hansı qiymətə satmaq istədiyi məlum oldu - “Mançester Yunayted”in

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az “Mirror Football”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşı tamam olmaq üzrə olan futbolçu ilə 40 milyon funt sterlinq (təxminən 47 milyon avro) və ya daha yüksək məbləğ qarşılığında yollarını ayırmağa hazırdır.

Argentinalı futbolçu son mövsümdə baş məşqçi postuna gətirilən Ruben Amorimin rəhbərliyi altında özünü göstərə bilmədiyi üçün klub onun transfer təkliflərini dəyərləndirməyə açıqdır.

Gənc oyunçuya “Çelsi” və “Napoli” kimi klubların maraq göstərdiyi bildirilir.

Qarnaço iyulun 1-də 21 yaşını qeyd edəcək.

Digər Xəbərlər
Xəbər Lenti