
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko hələ də “Arsenal”ın maraq dairəsindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Topçular”ın baş məşqçisi Mikel Arteta 22 yaşlı futbolçunu şəxsən komandasında görmək istəyir. Klub rəhbərliyi Şeşkonun transferi üçün təxminən 81 milyon avro büdcə ayırmağa hazırdır.
Sloveniya millisinin üzvü 2024/25 mövsümündə “Leyptsiq”lə 45 oyuna çıxaraq, 21 qol vurub.
Daha əvvəl “Arsenal”ın Lissabon “Sportinq”inin və İsveç millisinin hücumçusu Viktor Qyokereşə də maraq göstərdiyi barədə məlumatlar yayılmışdı.