
“Arsenal” “Real”ın hücumçusu Rodriqonu transfer etmək ümidindən hələ də vaz keçməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu braziliyalı oyunçunu saxlamaq istəsə də, “topçular” onu komandaya cəlb etmək üçün ciddi addımlar atmağa hazırdır.
“Arsenal” Rodriqoya həftəlik 300 min funt sterlinqdən çox (təxminən 350 min avro) maaş təklif etməyə hazırdır. Bu, 24 yaşlı futbolçunu klubun ən yüksək maaş alan oyunçularından birinə çevirə bilər.
Hazırda bu siyahıya Uilyam Saliba və Bukayo Saka daxildir, onların da yaxın zamanda yeni müqavilə imzalayacağı gözlənilir.
“Real” isə Rodriqonun satışından azı 70 milyon funt sterlinq (təxminən 82 milyon avro) qazanmaq niyyətindədir