"Bu, mənim arzum idi - Premyer Liqa dünyanın ən yaxşı çempionatıdır”

24 İyun 18:20 İngiltərə 163
"Bu, mənim arzum idi - Premyer Liqa dünyanın ən yaxşı çempionatıdır”

“Liverpul” may ayında Leverkuzen “Bayer”indən müdafiəçi Ceremi Frimponqu transfer edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu yeni komandası haqqında ilk təəssüratlarını bölüşüb:

“Liverpul” böyük bir komandadır və bu klubun titullar qazanması təsadüfi deyil. Sən “Liverpul”da oynayırsansa, bu ada layiq olmalı və hər oyunda maksimumunu verməlisən”.

O, həmçinin, uşaq yaşlarından Premyer Liqada çıxış etmək arzusunda olduğunu vurğulayıb:

“Premyer Liqa dünyanın ən yaxşı çempionatıdır. Mən Mançesterdə böyümüşəm və hər zaman bura qayıtmaq istəmişəm. Bu, mənim arzum idi”.

Yeni klubunda baş məşqçi ilə (Arne Slot) münasibətlərinə də toxunan Frimponq bunu deyib:

“Baş məşqçi mənə komandaya necə fayda verəcəyimi izah etdi və onun oyun tərzimi bəyəndiyini bilmək əlavə motivasiya verdi.

Ozümə həmişə inanmışam. Mən qalibəm və bu keyfiyyətləri “Liverpul”a da gətirəcəm”.

Frimponq 2023/24 mövsümündə “Bayer”lə Almaniya Bundesliqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!