Onu isveçli hücumçu ilə dəyişmək istəyir - Son 48 saat ərzində

15:40 İngiltərə 166
Onu isveçli hücumçu ilə dəyişmək istəyir - Son 48 saat ərzində

“Mançester Yunayted” son 48 saat ərzində cinah oyunçusu Antonini “Sportinq”in isveçli hücumçusu Viktor Qyokereşlə dəyişmək imkanlarını araşdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu Qyokereşin gedişini kompensasiya etmək üçün hücumameyilli oyunçular axtarır.

“Qırmızı şeytanlar”ın 41 milyon avro əlavə ödənişlə öz oyunçusu Antonini “Sportinq”ə verməyə hazır olduğu iddia edilir.

Lakin hələlik bu məsələ ilə bağlı klublar arasında rəsmi danışıqlar aparılmadığı bildirilib.

Qyokereş 2024/25 mövsümündə bütün yarışlarda 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti