
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni mövsüm başlamazdan əvvəl heyətdə ixtisar etməyi planlaşdırdığını bildirib.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, bəzi futbolçulara komandada ehtiyac olmadığını söyləyib:
“Hazırda əlimizdə olan futbolçuları bütün mövsüm üçün saxlamaqdan məmnun olardım. Futbolçulardan, onların davranış tərzindən şikayətim yoxdur.
Ehtiyatda 6-7 futbolçunun olmasına ehtiyacım yoxdur. Problem ondadır ki, mövsüm ərzində bədbəxt olacaqlar.
Kədərlənəcəklər, məyus olacaqlar. Mən bunu istəmirəm. İndi heyətimiz çox böyükdür,
çoxlu oyunçu var, ona görə də, bu mövsüm 26 və ya 27 oyunçuya arxalana bilmərik, bəziləri gedəcək”.
Daha əvvəl Qvardiola mövsümün sonunda şişirdilmiş heyətlə işləmək məcburiyyətində qalacağı təqdirdə, komandadan ayrılacağını bildirib.