
Almaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Florian Virts Bundesliqadan Premyer Liqaya keçidlə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, burada ən yaxşı nəticəni göstərəcəyinə ümid edir:
“Premyer Liqa istənilən oyunçu üçün böyük təzyiqdir. Özünüzə nə qədər təzyiq edirsiz?
Mən çox şadam ki, qarşıda yeni bir macəra var. Bu da mənim düşüncəmin vacib hissəsi idi.
Mən tamamilə yeni bir şey yaşamaq, Bundesliqanı tərk edib Premyer Liqaya qoşulmaq istəyirdim. Ən yaxşı nəticəmi göstərəcəyimə ümid edirəm.
Artıq Premyer Liqada çıxış etmiş bir neçə futbolçu ilə də danışdım və onlar mənə təsdiq etdilər ki, liqa mənim üçün mükəmməldir, meydança mənim üçün idealdır, hər oyundan həzz ala biləcəyəm. İlk matçımı səbirsizliklə gözləyirəm”.
Virts daha əvvəl “Bayer”də çıxış edib və bu yay təxminən 150 milyon avroya Leverkuzen klubundan “Liverpul”a keçib.