"Mənim mövqeyim barədə danışmaq bir az çətindir"

22 İyun 16:55 İngiltərə 287
"Mənim mövqeyim barədə danışmaq bir az çətindir"

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol özünün ən sevdiyi oyun mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı futbolçu “City Xtra”-ya açıqlamasında bunları deyib:

“Mənim mövqeyim barədə danışmaq bir az çətindir. Ümumilikdə, mərkəzə daha yaxın mövqedə oynamağı xoşlayıram.

Amma məni cinahda oynatsalar, orada da oynaya bilərəm. Hər kəs bilir ki, hansı mövqedə oynamağımdan asılı olmayaraq, əlimdən gələni edirəm”.

23 yaşlı müdafiəçi son mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə ümumilikdə 53 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Şəhərlilər” növbəti oyununu Klublararası dünya çempionatının 2-ci turunda, iyunun 23-də “Əl-Əyn”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti