Üç yeni transfer həyata keçirməyə hazırlaşır – Premyer Liqa mənsubu

13 Yanvar 15:40 İngiltərə 516
Üç yeni transfer həyata keçirməyə hazırlaşır – Premyer Liqa mənsubu

“Mançester Siti” yaxın vaxtlarda üç transferi həyata keçirməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 20 yaşlı müdafiəçi Abdukodir Xusanov üçün “Lans”la anlaşıb.

Özbək futbolçu tezliklə tibbi müayinədən keçəcək.

Bundan əlavə, İngiltərənin hazırkı çempionu Frankfurt “Ayntraxt”ının hücumçusu Ömər Marmuşla bağlı danışıqlarda sürətlə irəliləməyə davam edir. Transferin taleyi tezliklə həll oluna bilər.

“Mançester Siti” həmçinin 18 yaşlı müdafiəçi Vitor Reisə görə “Palmeyras”la müzakirələr aparır və braziliyalı oyunçunun iyulda keçidinin tamamlanması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə