Gənc hücumçu üçün 42 milyon funt-sterlinq təklif edəcək - Paytaxt təmsilçisi

11 Yanvar 15:40 İngiltərə 774
Gənc hücumçu üçün 42 milyon funt-sterlinq təklif edəcək - Paytaxt təmsilçisi

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, London klubu "Sportinq"də çıxış edən Konrad Harderi transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu 19 yaşlı forvard üçün "Sportinq"ə 42 milyon funt-sterlinq təklif edəcək. "Çelsi" ilə yanaşı, "Arsenal" və "Vest Hem" də Danimarka U-21 millisinin üzvü ilə maraqlanır.

"Sportinq" Konrad Harderi ötən ilin sentyabr ayında "Norşellan"dan transfer edib. Gənc hücumçu Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR