Azı 1 il oynamayacaq – Premyer Liqa hücumçusu

10 Dekabr 2024 00:20 İngiltərə 495
Azı 1 il oynamayacaq – Premyer Liqa hücumçusu

İngiltərənin “Vest Hem” klubunun yol qəzasına düşən futbolçusu Maykl Antonio ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Ayağından əməliyyat olunan 34 yaşlı hücumçunun cari mövsüm meydana çıxmayacağı dəqiqdir.

Onun reabilitasiyası ilə məşğul olan həkimlərin proqnozlarına əsasən, oyunçunun sağalma müddəti bir ildir.

Maykl Antonionun karyerasını bitirmək ehtimalı da var.

Antonio dekabrın 7-də qəzaya düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik