“Komanda hələ Premyer Liqaya meydan oxumayıb. ən yaxşı səviyyədə çıxış etmir”

9 Noyabr 2024 01:30 İngiltərə 484
“Komanda hələ Premyer Liqaya meydan oxumayıb. ən yaxşı səviyyədə çıxış etmir”

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “topçular”ın İngiltərə Premyer Liqasının cari mövsümündəki iddiaları ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “CBS Sports”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu “Arsenal”ın hələ Premyer Liqaya meydan oxumadığını bildirib:

“Arsenal” hələ Premyer Liqaya meydan oxumayıb. Komanda ən yaxşı səviyyədə çıxış etmir, ona görə də, zirvədə deyil.

“Topçular”ın problemi səfər oyunlarında pis görünmələridir. Uzun müddət şanslı idilər, amma artıq belə deyil. “Çelsi” ilə derbidə nə baş vercəyini görməliyik”.

“Çelsi” – “Arsenal” matçı noyabrın 10-da “Stemford Bric”də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!