“Sabah”la “Qarabağ”ı izləyən FİFA prezidenti nə gördü? - VİDEO

2 Noyabr 02:50 Hadisə 353
“Sabah”la “Qarabağ”ı izləyən FİFA prezidenti nə gördü? - VİDEO

FİFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının 9-cu turunda keçirilən “Sabah” – “Qarabağ” oyunu (0:0) ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, İnfantino şəxsi instaqram hesabında Bakıdakı qarşılaşmadan məmnunluğunu ifadə edib.

“Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! “Sabah” və “Qarabağ” gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.

Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!