"O və başqa insanlar məni çəkindirməyə çalışırdı ki, bu klubun təklifini qəbul etmə"

21 İyul 2024 00:00 İngiltərə 568
"O və başqa insanlar məni çəkindirməyə çalışırdı ki, bu klubun təklifini qəbul etmə"

“Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haq ” qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Lui van Qalın onu klubla müqavilə imzalamaqdan çəkindirdiyini etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında bunları deyib:

“Mən “Mançester Yunayted”i çalışdırmağa başlayanda bunun asan iş olmayacağını bilirdim. Luin van Qal da daxil olmaqla bir çox insan məni bu işdən çəkindirirdi”.

Van Qal 2014-2016-cı illərdə “Mançester Yunayted”ə rəhbərlik edib və İngiltərə kubokunda qələbə ilə yadda qalıb.

Ten Haq “Mançester Yunayted”lə Liqa kubokunu və İngiltərə kubokunu qazanmağı bacarıb. O, bu yaxınlarda MY ilə yeni müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!