Premyer Liqa təmsilçisi hücumçunu buraxmadı, icarə müddətini artırdı

30 May 2024 01:20 İngiltərə 538
Premyer Liqa təmsilçisi hücumçunu buraxmadı, icarə müddətini artırdı

"Tottenhem" "Leyptsiq"dən icarəyə götürdüyü Timo Verneri buraxmaq istəməyib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi almaniyalının icarə müddətini artırıb.

Belə ki, 28 yaşlı forvard ilə 2024/2025 mövsümünün sonunadək "Tottenhem"də keçirəcək.

Verner “Tottenhem”in heyətində 14 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti