“Real”ın “Mançester Siti” ilə oyununa baxanda əziyyət çəkdim”

19 Aprel 15:20 İngiltərə 255
“Real”ın “Mançester Siti” ilə oyununa baxanda əziyyət çəkdim”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə “Real” arasında keçirilən cavab oyununu izləyərkən necə hisslər keçirdiyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçı izlərkən çox həyəcan keçirdiyini etiraf edib:

“Real”ın “Mançester Siti” ilə oyununa baxanda əziyyət çəkdim. Mən “Real”ın böyük fanatıyam!

Əlbəttə ki, son nəticə məni sevindirdi. Madriddə çoxlu dostum var, amma mən həm də “Mançester Yunayted” üçün xoşbəxt idim”.

Kazemiro 2013-2022-ci illərdə “Real”da çıxış edib. Bu müddətdə braziliyalı futbolçu Madrid klubu ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.

“Real” iki oyunun nəticəsinə əsasən ÇL-in yarımfinalına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti