“Milan”ın yarımmüdafiəçisi Sandro Tonali “Nyukasl”a keçə bilər.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubu 23 yaşlı futbolçu üçün Milan təmsilçisinə 50 milyon avro təklif edib.
İtaliyalı futbolçu ilə “Çelsi” də maraqlanır.
Tonali 2022/23 mövsümündə “Milan”ın heyətində 48 oyuna çıxıb, iki qol vurub və on məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

