Premyer Liqa təmsilçisini ispaniyalı çalışdıracaq - 2 İLİK TƏYİNAT

22 İyun 2023 01:30 İngiltərə 595
Premyer Liqa təmsilçisini ispaniyalı çalışdıracaq - 2 İLİK TƏYİNAT

“Bornmut”u yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, ötən gün Qari O’Nillə yollarını ayıran Premyer Liqa təmsilçisini bundan sonra Andoni İraola çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İraola 2020-ci ildən İspaniyanın “Rayo Valyekano” komandasına rəhbərlik edirdi.

O, La Liqa təmsilçisi ilə müddəti bu ayın sonunda bitəcək müqaviləsini yeniləməyib. İraola daha öncə “Mirandes” və AEK (Larnaka) klublarında da baş məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM