60 milyon avro ödəyəcək - Paytaxt klubundan fransız transferi

21 İyun 2023 12:00 İngiltərə 555
60 milyon avro ödəyəcək - Paytaxt klubundan fransız transferi

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leyptsiq"dən Kristofer Nkunkunu rənglərinə bağlayıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

"Çelsi" 25 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Zadəganlar" fransalı oyunçu üçün Almaniya klubuna 60 milyon avro ödəyəcək.

"Leyptsiq" Kristofer Nkunkunu 2019-cu ilin yayında Paris klubundan transfer etmişdi.

Fransa millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 172 rəsmi matçda 70 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR