Həftədə azı 210 min maaş, uzunmüddətli müqavilə - RAZILIQ VERDİ

21 İyun 2023 00:00 İngiltərə 604
Həftədə azı 210 min maaş, uzunmüddətli müqavilə - RAZILIQ VERDİ

Sportinfo.az xəbər verir ki, “Arsenal” “Çelsi”nin futbolçusu Kay Haverts üçün yeni təklif irəli sürüb.

“Topçular” yarımmüdafiəçi üçün “Çelsi”yə 55 milyon funt-sterlinq təklif edib, daha 5 milyon funt-sterlinq isə bonus şəklində ödəniləcək.

Futbolçunun özünə həftədə azı 210 min funt sterlinq maaşla uzunmüddətli müqavilə təklif olunacaq. Alman futbolçu artıq keçidə razılıq verib.

Məlumatda qeyd olunur ki, “Çelsi” Havertsin transfer dəyərini 70-75 milyon funt-sterlinq qiymətləndirir.

Haverts ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR