"Şou göstərdik, rəqib öhdəmizdən gələ bilmədi" - Het-trik edən

20 İyun 2023 15:40 İngiltərə 773
"Şou göstərdik, rəqib öhdəmizdən gələ bilmədi" - Het-trik edən

İngiltərə millisinin yarımmüdafiəçi Bukayo Saka AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Şimali Makedoniya ilə matçını (7:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, yığmanın heyətində ilk dəfə het-trikə imza atan Saka çox xoşbəxt olduğunu bildirib:

“Hislərimi sözlə ifadə edə bilmirəm. Sadəcə çox xoşbəxtəm. Meydançada şou göstərdik.

Markus Reşfordla cinahlardan irəliyə doğru getdikdə rəqib öhdəmizdən gələ bilmədi. Həmin mövqedə oynamağı xoşlayıram.

Mövsümü bundan yaxşı bitirə bilməzdim. İstirahət etmək və fasilə vermək vaxtıdır. Azarkeşlərin bizi dəstəkləmələrindən çox razıyıq”.

İngiltərə millisi hazırda C qrupunda 12 xalla birinci, Şimali Makedoniya isə 3 xalla dördüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM