Mərakeşli futbolçu Hakim Ziyex karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Əl-Nəsr” “Çelsi”nin yarımmüdafiəçisini transfer etməyi hədəfləyib.
30 yaşlı futbolçunun “zadəganlar”la hazırkı müqaviləsi 2025-ci ilin 30 iyuluna qədərdir.
O, 2022/23 mövsümündə London klubunun heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.
“Əl-Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo da forma geyinir.

