Premyer Liqa klubu hər iki futbolçusunu İspaniyaya qaytardı

16 İyun 2023 18:20 İngiltərə 750
Premyer Liqa klubu hər iki futbolçusunu İspaniyaya qaytardı

"Tottenhem" Klement Lanqleni "Barselona"ya, Arnaud Danjumanın isə "Vilyarreal" qaytaracaq.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi adıçəkilən futbolçuların transfer hüququna yiyələnmək istəməyib.

Fransız müdafiəçi 2022/2023 mövsümünün əvvəlində İngiltərə klubuna icarəyə verilmişdi.

O, London təmsilçisinin heyətində 35 oyun keçirib və 1 qol vurub.

26 yaşlı Arnaud Danjuma qışda icarə əsasında "Tottenhem"ə keçib, İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb, bir qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR