Premyer Liqa təmsilçisi 7 milyona hücumçu aldı, icarəyə verdi

14 İyun 2023 00:10 İngiltərə 464
Premyer Liqa təmsilçisi 7 milyona hücumçu aldı, icarəyə verdi

“Nyukasl” yeni hücumçu transfer edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın “Odense” klubunun 18 yaşlı hücumçusu Yankuba Mintehi alıb.

Qambiyadan olan futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlannayıb.

İngiltərə klubu bu keçidə görə “Odense”yə 7 milyon avro ödəyəcək.

“Nyukasl” yeni transferini dərhal icarəyə verib. Mintehin qarşıdakı mövsümü icarə əsasında Niderland “Feyenoord”unda keçirəcəyi açıqlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR