“Özümə komanda axtarıram” - Azərbaycan millisinin sabiq məşqçisi

13 İyun 2023 02:20 İngiltərə 626
“Özümə komanda axtarıram” - Azərbaycan millisinin sabiq məşqçisi

İtaliyalı Benito Karbone Azərbaycan milli komandasının məşqçisi olduğu dövrünü xatırlayıb.

Sportinfo.az "The Sun"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis İngiltərədə işləmək arzusundan söz açıb:

"Mən Azərbaycan millisində Canni De Byazinin köməkçisi kimi iki gözəl il keçirdim. İndi artıq öz köməkçilərimlə birlikdə İngiltərədə komanda axtarıram.

Burada işləmək arzumdur. Çoxdandır ki, bunu etmək istəyirdim".

Karbone 2020-ci ilin yayından 2022-ci ilin yayına kimi Azərbaycan millisində Canni De Byazinin köməkçisi kimi işləyib. Ötən mövsüm isə italiyalı ölkəsində “Pavia” klubuna rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM