Daha 2 mövsüm iş başında qlaacaq – Premyer Liqa klubunda

12 İyun 2023 22:00 İngiltərə 650
Daha 2 mövsüm iş başında qlaacaq – Premyer Liqa klubunda

Pep Qvardiola 2023/24 və 2024/25 mövsümlərində də “Mançester Siti”ni çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2025-ci ilə qədər, yəni hazırkı müqavilənin sonuna kimi klubdakı fəaliyyətini davam etdirmək niyyətindədir.

“Şəhərlilər”in rəhbərliyi Qvardiolanın işini bəyənir və onun üçün lazım olan futbolçuları transfer edəcəklərini bildiriblər.

O, 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.

Qvardiola 2022/23 mövsümündə treblə imza atıb. “Şəhərlilər” onun başçılığı altında İngiltərə Premyer Liqasının, federasiya kubokunun və Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM