"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Everton"dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bosniya və herseqovinalı qolkiper Mersisayd təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.
O, daha çox oynaya biləcəyi komandaya getmək üçün bu addımı atıb. Beqoviç "Everton"da Cordan Pikfordun əvəzləyicisi idi.
İddiaya görə, 36 yaşlı qapıçı karyerasını Premyer Liqaya yenicə yüksələn "Luton"da davam etdirə bilər.
Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

