105 milyon avro təklif etməyə hazırdır - Paytxat klubu

9 İyun 2023 18:40 İngiltərə 619
105 milyon avro təklif etməyə hazırdır - Paytxat klubu

“Arsenal” yarımmüdafiəçi Deklan Raysın transferi üçün “Vest Hem”ə 105 milyon avro təklif etməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Çəkicdöyənlər” bu məbləğlə razılaşırlar, lakin onlar zəmanətli hissənin 2024-cü ilin yayına qədər ödənilməsini istəyirlər.

Məlumata görə, “Vest Hem” keçən ilin sentyabr ayından UEFA-nın maliyyə feyr-pley izləmə siyahısında olan klublar arasındadır və iki böyük illik birdəfəlik ödəniş onlara transfer biznesi qanunlarına rahat şəkildə riayət etməyə kömək edəcək.

24 yaşlı Rays iyunun 7-də komandası ilə birlikdə Avropa Konfrans Liqasını qazanıb. Bu, onun karyerasında ilk kubokudur.

İngilis futbolçu ümumilikdə keçən mövsüm 50 matçda iştirak edib və 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR