
“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.a xəbər verir ki, “Brayton”dan Aleksis Makallister transfer olunub.
25 yaşlı argentinalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmənin detalları barədə məlumat verilməyib.
Makallister Argentina millisi ilə Qətərdəki son dünya çempionatının qalibi olub.