“Onun kimi bir qapıçını itirsə, bu, cinayət olardı”

9 İyun 2023 00:00 İngiltərə 705
“Onun kimi bir qapıçını itirsə, bu, cinayət olardı”

“Mançester Yunayted”in məşqçisi Benni Makkarti qapıçı David De Xea ilə müqavilə müddətinin uzadılmalı olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, Makkarti, ispaniyalı futbolçunu itirməyin cinayət ola biləcəyini deyib:

“Onun Premyer Liqada 17 “quru oyun”u var. Təbii ki, o, qollar da buraxdı. Lakin bir daha “qızıl əlcəy”i qazanmaq əla nəticədir.

Premyer Liqada oynamağın nə qədər çətin olduğunu görə bilərsiz, ona görə də, hamının bəzən pis matçları olur.

Amma bu, onun indiyə qədər gördüyüm və işlədiyim ən yaxşı qapıçılardan biri olmasına mane olmur.

De Xea inanılmazdır. “Mançester Yunayted” De Xea kimi bir qapıçını itirsə, bu, cinayət olardı”.

32 yaşlı qapıçı iyunun 30-da azad agent ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR