“Böyük pullar xərclədilər - Çoxu bu kluba nifrət edir”

7 İyun 2023 18:20 İngiltərə 1 013
“Böyük pullar xərclədilər - Çoxu bu kluba nifrət edir”

“Mançester Yunayted”in keçmiş futbolçusu Endi Koul “Mançester Siti” haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, “şəhərlilər”in hazırkı duruma çatması üçün çoxlu pul xərclədiyini vurğulayıb:

“Mançester Siti”ni İngiltərə Premyer Liqası tarixinin ən yaxşı komandası adlandırmaq “Mançester Yunayted”ə hörmətsizlikdir.

Qazandığı uğurlara görə çoxu “Mançester Yunayted”ə nifrət edir. “Mançester Siti”nin treblə imza atması onları “qırmızı şeytanlar”dan daha yaxşı komanda etməz.

“Şəhərlilər” indiki səviyyəyə çatmaq üçün çox pul xərclədi. “Mançester Yunayted”in isə uğur qazanmaq üçün özünün altı yetirməsi var idi”.

MS 2022/23 mövsümündə İngiltərə Premyer Liqasının və federasiya kubokunun qalibi olub. “Şəhərlilər” iyunun 10-da UEFA Çempionlar Liqasının finalında “İnter”lə üz-üzə gələcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR