Türkiyəli İngiltərə klubunun baş məşqçisi təyin olundu

6 İyun 2023 00:20 İngiltərə 1 546
Türkiyəli İngiltərə klubunun baş məşqçisi təyin olundu

Türkiyəli Erol Bulut İngiltərənin “Kardiff Siti” komandasının baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis bu postda bir müddət öncə istefaya göndərilmiş Sabri Lamuşini əvəz edib.

Sözügedən komanda Çempionşipdə ötən mövsümü 49 xalla 24 iştirakçı arasında 21-ci sırada bitirib.

Bulut daha öncə Türkiyədə “Qaziantep”, “Fənərbaxça”, “Alanyaspor” və “Yeni Malatyaspor”da baş məşqçi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR