“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo “Arsenal”a keçməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu London təmsilçisi ilə sözləşmənin şəxsi şərtləri ilə bağlı razılıq əldə edib.
“Çelsi”nin də onu transfer etməyə hazır olduğu bildirilir.
Kaysedo 2022/23 mövsümündə “qağayılar”ın heyətində 43 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

