Məşhur hücumçu "Bavariya"nın təklifinə “yox” dedi - "Mançester Yunayted"ə görə

1 İyun 2023 21:40 İngiltərə 513
Məşhur hücumçu "Bavariya"nın təklifinə “yox” dedi -

"Tottenhem"in hücumçusu Harri Keynin yeni mövsümə harada başlayacağı hələ də bəlli deyil.

Sportinfo.az xəbər verir ki, ingilis forvard "Bavariya"nın təklifini rədd edib. Bu barədə "Bild" nəşri məlumat yayıb.

29 yaşlı futbolçu "Mançester Yunayted"də oynamaq istəyir.

Keynin klubu ilə Mançester təmsilçisi arasında danışıqlar davam edir. Tərəflər arasında razılıq əldə olunsa, təcrübəli qolçu "qırmızı şeytanlar"ın formasını geyinəcək.

"Tottenhem" Harri Keyni 2013-cü ilin yayında "Lester Siti"dən transfer edib.

İngiltərə millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti