Premyer Liqada mövsümün baş məşqçisi - İSPANİYALI

1 İyun 2023 10:20 İngiltərə 297
Premyer Liqada mövsümün baş məşqçisi - İSPANİYALI

“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola Premyer Liqada mövsümün baş məşqçisi seçilib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis dördüncü dəfə İngiltərədə bu ada sahib çıxıb.

O, bu mükafatı 2018, 2019 və 2021-ci illərdə də qazanıb.

“Şəhərlilər” mövsümün başa çatmasına iki tur qalmış çempionluğu rəsmiləşdirib.

“Mançester Siti” iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Yunayted”lə üz-üzə gələcək.

Qvardiolanın yetirmələri iyunun 10-da isə Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti