Premyer Liqa klubu yığmanın sabiq müdafiəçisi ilə yolları ayırdı

1 İyun 2023 00:10 İngiltərə 733
Premyer Liqa klubu yığmanın sabiq müdafiəçisi ilə yolları ayırdı

“Aston Villa” müdafiəçisi Eşli Yanqla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı futbolçu ilə müddəti başa çatmaqda olan müqavilənin yenilənməyəcəyi bildirilib.

Yanq 2021-ci ilin yayından “Aston Villa”da çıxış edirdi. O, 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib.

Bu komandada 247 matça çıxan futbolçu 38 qol vurub. “Uotford”, “Mançester Yunayted”, “İnter”də də oynamış müdafiəçi İngiltərə millisində 39 oyuna 7 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR