“Rəqiblərimiz qışda transferlər üçün sərmayə ayırdılar, biz heç nə etmədik"

30 May 12:00 İngiltərə 255
“Rəqiblərimiz qışda transferlər üçün sərmayə ayırdılar, biz heç nə etmədik"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun transfer siyasəti haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, klub rəhbərliyinin qışda transferlərə pul ayırmadığını dilə gətirib və şikayətlənib:

“Rəqiblərimiz qışda transferlər üçün sərmayə ayırdılar, amma biz heç nə etmədik. Nəticəsini də gördük.

Rəhbərlik də bilir ki, Premyer Liqada ilk dördlükdə mübarizə aparmaq və kuboklar uğrunda yarışmaq üçün komandaya pul ayırmalısan.

Əks halda, heç bir uğurdan söhbət gedə bilməz. Çünki başqa klublar dayanmırlar, iş görürlər”.

“Qırmızı şeytanlar” 2022/23 mövsümündə İngiltərə çempionatını üçüncü pillədə başa vurub.

Onlar iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Siti” ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu