“Bütün spirtli içkiləri qəbul etdikdən 48 saat sonra…” – Baş məşqçidən etiraf

25 May 18:40 İngiltərə 483
“Bütün spirtli içkiləri qəbul etdikdən 48 saat sonra…” – Baş məşqçidən etiraf

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının təxirə salınmış 32-ci turunun “Brayton”la matçından sonra (1:1) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, rəqibi avrokuboklara vəsiqə qazanmaq münasibətilə təbrik edib:

“Xüsusi oyun oldu. “Brayton”u təbrik edirəm. Onlar layiqli şəkildə 2023/24 mövsümündə Avropa Liqasında çıxış edəcəklər.

Mançesterdəki bütün spirtli içkiləri qəbul etdikdən 48 saat sonra keçirdiyimiz görüş yaxşı keçdi. Nə üçün çempion olduğumuzu meydançada göstərdik. Komandamda eniş hiss etmirəm.

Rəqibin də, bizim də yaxşı qol şanslarımız var idi. Bu səbəbdən, onlar da qol vurdu, biz də”.

Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

“Brayton” tarixində ilk dəfə Avropa Liqasında İngiltərəni təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU
4 Dekabr 00:20 Bir erkən qol - VİDEO