“Vest Hem”in baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının 34-cü turunun “Kristal Pelas”la matçından sonra (3:4) açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, görüşə pis başladıqlarını söyləyib:
“Oyuna pis başladıq. Bəlkə də, rəqib bir gün çox istirahət etdiyi üçün belə oldu. Qollar vurduq.
Daha yaxşı müdafiə olunacağımıza ümid edirdim. Həqiqətən müdafiəçilərim məni məyus etdi”.
“Vest Hem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 34 xalla 15-ci, “Kristal Pelas” isə 40 xalla 11-ci pillədə qərarlaşıb.

