”Danlamaq fikrim yoxdur, onlarla heç kim rəqabət apara bilməz, başqa planetdən gəliblər”

30 Aprel 2023 20:20 İngiltərə 628
”Danlamaq fikrim yoxdur, onlarla heç kim rəqabət apara bilməz, başqa planetdən gəliblər”

“Arsenal”ın keçmiş futbolçusu Pol Merson “Mançester Siti” haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, “şəhərlilər”in başqa planetdən olduğunu söyləyib:

“Onlar öz tərzlərinə uyğun futbol sərgiləyən ən güclü komandadır. Formada olduqları zaman hansısa komandanın onlarla rəqabət aparması çətin görünür.

“Mançester Siti” “Arsenal”a öz oyununu sərgiləməyə imkan vermədi, londonluları məğlub etdi.

“Topçular”ı danlamaq fikrim yoxdur, çünki “şəhərlilər”lə heç kim rəqabət apara bilməz. “Mançester Siti” başqa planetdən olan komandadır”.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 75 xalla birinci, Mançester təmsilçisi isə 73 xalla ikincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR