"Çox ağıllıdır" - Neymarı belə tərifləyən olmamışdı

29 Aprel 2023 22:00 İngiltərə 844
"Çox ağıllıdır" - Neymarı belə tərifləyən olmamışdı

“Çelsi”nin müdafiəçisi Xalidu Kulibali PSJ-nin hücumçusu Neymarın çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, braziliyalının çox ağıllı olduğunu deyib:

“PSJ-yə qarşı oynayanda Neymarla üz-üzə gəldim. O, topu inanılmaz idarə edir. Çox ağıllıdır.

Daim driblinq etməyə çalışır. Düzgün ötürmələr edir, qapıya zərbələr endirir. Buna görə də, onu ən yaxşılardan hesab edirəm”.

Neymar Fransa çempionatının 24-cü turunun “Lill”lə oyununda (4:3) zədələnib. O, 2022/23 mövsümündə Liqa 1-də 20 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR