Hesab 4:1 oldu, paytaxt klubunun azarkeşlərini ələ saldı – FOTO

28 Aprel 2023 01:30 İngiltərə 520
Hesab 4:1 oldu, paytaxt klubunun azarkeşlərini ələ saldı – FOTO

“Mançester Siti” İngiltərə Premyer Liqasının 33-cü turunda “Arsenal”ı məğlub edib (4:1).

Sportinfo.az xəbər verir ki, “şəhərlilər”in qapıçısı Ederson qonaqların azarkeşlərini ələ salıb.

Oyunun əsas vaxtının sonuna əlavə edilən 5-ci dəqiqədə meydan sahiblərinin 4-cü qolunu norveçli hücumçu Erlinq Haland vurub.

Həmin qoldan sonra braziliyalı qolkiper üzünü “topçular”ın azarkeşlərinə tutub və ağlayan uşaq obrazını canlandırıb.

MS hazırda İngiltərə çempionatının turnir cədvəlində 73 xalla ikinci, “topçular” isə 75 xalla birincidir. Xatırladaq ki, “Mançester Siti” iki oyun az keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR