Premyer Liqaya ikinci vəsiqənin sahibi məlum oldu

27 Aprel 2023 15:40 İngiltərə 800
Premyer Liqaya ikinci vəsiqənin sahibi məlum oldu

İngiltərə Premyer Liqasına ikinci vəsiqənin sahibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Şeffild Yunayted” Çempionşipdə 2-ci pilləni təmin etməklə bunu bacarıb.

Komanda 44-cü tur oyununda “Vest Bromviç”ə 2:1 qalib gələrək xallarını 85-ə yüksəldib. Beləliklə, sona iki tur qalmış “Şeffild Yunayted” 78 xalla 3-cü pillədə qərarlaşan “Luton” üçün əlçatmaz olub.

Komanda son olaraq 2020/21 mövsümündə Premyer Liqada çıxış edib.

Daha əvvəl lider “Bernli” elitaya vəsiqə qazanmışdı. Vensan Kompaninin komandası çempionluğu da təmin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR