“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 33-cü turunun “Mançester Siti” ilə görüşünü (1:4) şərh edib.
Sportinfo.az xəbər verir ki, o, Mançester təmsilçisinin əla çıxış etdiyini deyib:
“Ən yaxşı komanda tərəfindən məğlubiyyətə uğradıq. Bu, dəqiqdir.
Onlar əla çıxış etdilər. Biz “Mançester Siti”nin səviyyəsində oynaya bilmədik, bizim üçün çətin idi.
Onlarla qarşılaşmada döyüş sənətini bilərək qalib gələ bilərsən. İlk hissədə bunu bacarmadıq və cəzalandırıldıq. “Şəhərlilər” bizdən daha yaxşı idi. Rəqabət apara bilmirdik”.
İspaniyalı mütəxəssis “Bu məğlubiyyət çempionluq yarışına təsir edə bilər” sualını belə cavablandırıb:

