“Mançester Yunayted”in qapıçısı David de Xea klubla yeni müqavilə imzalayacaq.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper Premyer Liqa təmsilçisində qalmaq üçün maaşının azaldılmasına razıdır.
“Qırmızı şeytanlar”ın UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab matçında (0:3, ümumi – 2:5) etdiyi səhvlərə görə futbolçu ilə yeni sözləşmə imzalamayacağı bildirilirdi.
Öncədən oyunçunun klubun yeni müqavilə ilə bağlı ilk təklifini rədd etməsi haqda xəbər vermişdik.
De Xea cari mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 53 qol buraxıb və 21 oyunda qapısını toxunulmaz saxlayıb.

